[b]Ronaldo “Real”la yenə razılaşmadı[/b]
29.06.2018 - 16:52
[b]Ronaldo “Real”la yenə razılaşmadı[/b]

“Real”ın superulduzu Kriştianu Ronaldo bu yay klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı növbəti dəfə yeni müqaviləyə razılıq verməyib.

 

Məsələ burasındadı ki, 33 yaşlı forvardın meneceri “kral klubu”nun prezidenti Florentino Pereslə görüşüb və tərəflər növbəti dəfə ortaq məxrəcə gələ bilməyiblər. Ronaldonun sərbəst qalma məbləğinin 1 milyard avrodan 120 milyon avroya endirilməsi də bununla əlaqələndirilir.

 

Portuqaliya millisinin kapitanının PSJ-yə keçidi istisna deyil. Ronaldonun dünya çempionatından sonra Paris klubunun sahibi Nasser əl-Xelaifi ilə görüşəcəyi iddia edilib.

 

Qeyd edək ki, “Real”la müqavilə müddəti 2021-ci ilə qədər olan Kriştianu Ronaldo son olaraq maaşının 25 milyon avroya yüksəldilməsi təklifini rədd edib.