Ronaldo sabiq komandasına qayıda bilər
14.05.2025 - 16:09
“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu “Sportinq”ə qayıda bilər.
Ronaldo “Əl Nəsr” rəhbərliyi ilə problem yaşayır və müqaviləsini uzatmaq fikrində deyil.
“Sportinq” isə bu durumdan istifadə edərək yetirməsini kluba qaytarmaq niyyətindədir. Portuqaliya təmsilçisi 40 yaşlı hücumçunu komandanın bombardiri Viktor Qyökereşin mümkün ayrılığına qarşı onun yerinə düşünür.
Ronaldo bu mövsüm 39 oyunda 33 qol vurub. O, 1997-2003-cü illərdə “Sportinq”də olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0