Ronaldo yenidən diqqət mərkəzində - 800 minlik saat
25.05.2023 - 14:10
Ronaldo yenidən diqqət mərkəzində - 800 minlik saat

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo yenidən gündəmə gəlib.

Apasport.az saytı xəbər verir ki, 38 yaşlı superulduz sosial media hesabındakı son paylaşımında yeni aldığı qol saatı ilə diqqətləri üzərinə çəkib.

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun forvardı “Jakob & Co”nun onun üçün xüsusi dizayn etdiyi saatı nümayiş etdirib. Kristal sapfir və qiymətli yaşıl baqet qaşlarla bəzədilən, həmçinin timsah dərisindən kəmərə sahib bu saatın dəyəri 800 min avrodur.  

Qeyd edək ki, ərəb klubu ilə 2,5 illik müqavilə imzalayan Ronaldo ümumilikdə 500 milyon avro alacaq.

0