Ronaldodan qırılması mümkünsüz rekord
09.12.2023 - 16:14
Ronaldodan qırılması mümkünsüz rekord

Kriştiano Ronaldo 38 yaşında rekordları yeniləməyə davam edir.

Apasport.az xəbər veri ki, "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu karyerasında nə az, nə çox 1200 matç keçirən ilk meydan oyunçusu kimi tarixə düşüb.

Forvardın yubileyi Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda “Ər-Riyad”la oyun (4:1) olub. Ronaldo matçı 1 qol və 1 assitlə tamamlayıb.
O, “Sportinq”də 31, “Mançester Yunayted”də 346, “Real”da 438, “Yuventus”da 134, “Əl-Nəsr”də 46, Portuqaliya yığmasında isə 205 oyun keçirib.

Meydan oyunçuları arasında Ronaldoya ən yaxın olan Madrid “Real”ının və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlosdur - 1090 matç.


Qeyd edək ki, futbol tarixində üç qapıçı 1200 oyun səddini keçə bilib ki, bunlar Rogerio Ceni (1225), Peter Shilton (1217) və Fabiodur (1200matç).

0