Ronaldoya maraqlı jest - FOTO
01.04.2023 - 15:10
Ronaldoya maraqlı jest - FOTO

“Əl-Nəsr” futbolçusu Kriştiano Ronaldoya maraqlı jest edib.

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya yığmasının kapitanına millidə ən çox oyun keçirmə rekordunu yenilədiyi üçün eksklüziv tort hədiyyə edib.

Ronaldo ölkəsinin əsas komandasında 198 matçda iştirak edərək Küveyt millisinin üzvü Bader Əl-Mutavanın (196 matç) rekordunu qırıb. 38 yaşlı kapitan bu oyunlarda 122 qol vurub ki, bu da yığmalar tarixində rekorddur.

0