Ronaldoya YENİ TƏKLİF
22.09.2022 - 17:25
Ronaldoya YENİ TƏKLİF

Kriştiano Ronaldo yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, “Udineze”nin qapıçısı Marko Silvestri portuqaliyalı ulduzu özünün oynadığı komandaya dəvət edib.

Qolkiper “Mançester Yunayted”in hücumçusunun karyerasını davam etdirmək istəyi ilə bağlı paylaşıma münasibət bildirib. O, rəy yazaraq onu “Udineze”də oynamağa çağırıb. Ardınca İtaliya klubunun mətbuat xidməti də buna reaksiya verərək Kriştianonu işarələyib.

Qeyd edək ki, 7 turdan sonra 16 xala malik Udine təmsilçisi A seriyasında 6-cı pillədə qərarlaşıb.

0