[b]Roys "Mançester Siti"nin hədəfində[/b]
27.06.2018 - 16:45
[b]Roys "Mançester Siti"nin hədəfində[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “Sport Bild”ə istinadən məlumatına görə, “Mançester Siti” onun xidmətində maraqlıdı.

 

Xüsusilə də baş məşqçi Pep Qvardiola Roysu komandasında görmək istəyir. Hazırda katalon çalışdırıcı və idman direktoru Çiki Beqiristayn alman futbolçunun transferini həyata keçirmək üçün şeyx Mənsuru razı salmağa çalışırlar.

 

Qeyd edək ki, Marko Roys martda “Borussiya” ilə olan müqaviləsini 2023-cü ilə qədər uzatmışdı.