
İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted" evdə "Vest Hem"ə məğlub olub - 2:0.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim matçdan sonra mətbuata açıqlama verib.
Portuqaliyalı komandasının hazırkı vəziyyəti ilə bağlı bunları söyləyib:
"Mançester Yunayted" artıq nəhəng klub anlayışını itirir. Evdə uduzmaq fəlakətə bərabər olmalıdır. İndi bu hiss yoxdur və məni qorxudan da budur. Bir baş məşqçi kimi çox utanıram. Bu durumu qəbul etmək çətindir. Klubdakı hər kəs baş verənləri ciddi şəkildə yenidən düşünməlidir".
Qeyd edək ki, çempionatın bitməsinə 2 tur qalmış “qırmızı şeytanlar” turnir cədvəlinin 16-cı pilləsinə düşüb.