[b]Rumınlarla oyunun vaxtı bilindi[/b]
27.06.2018 - 15:34
“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi sabah növbəti yoxlama matçına çıxacaq.
Belə ki, Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da veriləcək. Görüş “Neftçi”nin məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.
Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsində 1 oyun keçirib, Makedoniya klubu “Şkupi”ni məğlub edib (2:0).
0
0