Rusiya klubu fəaliyyətini dayandıracağı ilə bağlı xəbəri təkzib etdi
31.03.2023 - 23:14
Rusiya klubu fəaliyyətini dayandıracağı ilə bağlı xəbəri təkzib etdi

Rusiyanın “Ximki” klubu fəaliyyətini dayandırılması ilə bağlı məlumatları təkzib edib.

Apasport.az xəbər verir ki, Nazim Süleymanovun da məşqçi kimi çalışdığı klubun baş direktoru Nikolay Olenyev bu barədə açıqlama verib: “Biz dəfələrlə demişik ki, klubun 5 il üçün təsdiq edilmiş maliyyə planı var və bütün investorlar, tərəfdaşlar və sponsorlar öz öhdəliklərini yerinə yetirirlər.

Biz klubun futbol mərkəzinin və akademiyanın yaradılması layihəsini özündə ehtiva edən uzunmüddətli strategiyasını təsdiqləmişik”.

"Ximki" 20 turdan sonra 13 xalla Rusiya Premyer Liqasının turnir cədvəlində sonuncudan əvvəlki yeri tutur. Komandanın I diviziona düşəcəyi təqdirdə fəaliyyətini dayandıracağı qeyd olunur.

0