Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Fənərbaxça" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda son olaraq "Vulverhempton"da çıxış edən Nelson Semedonu heyətinə qatmağa çox yaxındır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı sağ cinah müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Semedo karyerası ərzində "Benfika" və "Barselona" kimi klublarda da çıxış edib. O, ötən mövsüm Premyer Liqa çərçivəsində 38 rəsmi matçda forma geyinərək 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir