Sabiq "Barselona"lı Fabreqasın komandasına gedir
22.08.2024 - 17:24
"Barselona"dan ayrılan Sergi Robertonun yeni ünvanı dəqiqləşmək üzrədir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İspaniyalı futbolçu İtaliya A Seriyasının debütantı "Komo" ilə razılığa gəlib. Klub 32 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Sesk Fabreqas rəhbərliyindəki komandaya yeni qatılacaq oyunçular arasında "Real Madrid"dən Niko Paz, "Mançester Siti"dən Maksimo Perrone də var.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0