Sabiq "Barselona"lı vətəninə qayıdacaq
08.05.2024 - 15:53
Sabiq "Barselona"lı vətəninə qayıdacaq

"Betis"in qapıçısı Klaudio Bravo mövsümün sonunda komandadan ayrılacaq. 

Apasport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın sabiq qolkiperi Əndəlusiya klubunda qalmayacaq.

Çilili futbolçunun müqavilə müddəti artırılmayacaq. Bu mövsüm 9 matçda meydana çıxan Bravonun vətəninə qayıdacağı gözlənilir.

41 yaşlı qapıçı daha əvvəl "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" komandalarının qapısını qoruyub.

0