Sabiq “Çelsi”li Qazaxıstan klubunda - RƏSMİ
25.01.2026 - 23:43
“Çelsi”nin sabiq üzvü Viktor Mozes karyerasını Qazaxıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, nigeriyalı vinger “Kaysar” klubuna transfer olunub.
Bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu 2026-cı ilin sonuna qədər “Kaysar”ın formasını geyinəcək.
Qeyd edək ki, Viktor Mozes karyerası ərzində “İnter”, “Çelsi”, “Fənərbaxça”, “Vest Hem” və “Spartak” kimi klubların şərəfini qoruyub.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0