Sabiq “Qalatasaray”lı Şahruddinin komandasında
01.02.2024 - 22:20
“Adana Demirspor” yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin də şərəfini qoruduğu Türkiyə klubu Peter Etebo ilə razılıq əldə edib.
2020/21 mövsümündə “Qalatasaray” formasını geyinmiş 28 yaşlı futbolçunun yaxın günlərdə yeni komandasına qoşulması gözlənilir.
Qeyd edək ki, nigeriyalı futbolçunun son klubu “Stok Siti” olub.
2023-cü ilin iyul ayında sözügedən komanda ilə yollarını ayırdıqdan sonra orta xətt oyunçusu klubsuz idi.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0