Sabiq “Real”lı: “Messi dahi doğulub”
06.08.2022 - 14:52
Sabiq “Real”lı: “Messi dahi doğulub”

“Real”ın sabiq futbolçusu və baş məşqçisi Xorxe Valdano əzəli rəqib “Barselona”nın yetirməsi Lionel Messi barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis həmyerlisi barədə xoş sözlər sərf edib.

O, Leonun PSJ-də də böyük işlər gördüyünü söyləyib: “Messi dahi doğulub. O, futbol oynamağı çox yaxşı bilir. Əvvəlcə “9 nömrə” kimi çıxış etdi, sonra hücumda pleymeyker rolunu aldı. Harada oynayırsa, faydalı olar. Lionel hər şeydə əladır. Messi PSJ-də də böyük rol oynayır”.

Qeyd edək ki, Lionel Messi ötən ilin yayında “Barselona”dan PSJ-yə keçib.

0