Salah dünyanın ən yaxşı cinah oyunçusu seçildi
06.02.2024 - 14:06
Salah dünyanın ən yaxşı cinah oyunçusu seçildi

"FourFourTwo" portalı dünya futbolunun ən yaxşı cinah oyunçularının siyahısını təqdim edib.

Apasport.az xəbər verir ki, siyahıya “Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah liderlik edir.

2-ci sırada London “Arsenal”ının oyunçusu Bukayo Saka, 3-cü sırada isə “Mançester Siti”nin hücumsu Fil Foden yer alıb.

Digər futbolçuların siyahısı: Takefusa Kubo ("Real Sosyedad"), Rodriqo Qoes ("Real"), Xavi Simons ("Leypsiq"), Leroy Sane ("Bayern"), Cerod Boven ("Vest Hem"), Deyan Kulusevski ("Tottenham") və Lamin Yamal ("Barselona"). 

0