Salah zədəsini sağaldıb
07.03.2024 - 12:51
![Salah zədəsini sağaldıb](https://apasport.az/storage/news/2024/march/07/big/65e97da99651965e97da99651a170980087365e97da99651765e97da996518.jpg)
"Liverpul"un hücumçusu Məhəmməd Salah zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yurgen Kloppun sözlərinə görə, misirli bu gün Avropa Liqasının 1/8 final mərhələsində "Sparta" (Çexiya) ilə oyunda meydana çıxa bilər. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Ulduz futbolçu Premyer Liqanın 28-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti" ilə oyunda da forma geyinə bilər.
Xatırladaq ki, Salah bud nahiyəsindən zədə aldığı üçün meydanlardan uzaq qalıb.
0
0