"Santos" darmadağın oldu: Neymar gözyaşlarını saxlaya bilmədi - VİDEO
18.08.2025 - 11:33
"Santos" darmadağın oldu: Neymar gözyaşlarını saxlaya bilmədi - VİDEO

Braziliya A Seriyasında XX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "Santos" doğma meydanda "Vasko de Qama"nı qəbul edib.

Görüş qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.

Matç bitdikdən sonra "Santos"un ulduz hücumçusu Neymar göz yaşlarına boğulub. O, meydanı ən son tərk edən şəxs olub.

Qeyd edək ki, "Santos" 21 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.