[b]Sarri “Çelsi”yə baha başa gələcək[/b]
28.06.2018 - 10:53
[b]Sarri “Çelsi”yə baha başa gələcək[/b]

“Napoli”nin baş məşqçisi Mauritsio Sarrinin yaxın günlərdə “Çelsi”yə baş məşqçi təyin olunacağı gözlənilir. Apasport.az saytının “Mediaset Premium”a istinadən məlumatına görə, italiyalı mütəxəssisin təyinatı “zadəganlar”a 37 milyon avroya başa gələcək.

 

“Çelsi”, Karlo Ançelottinin baş məşqçi təyin olunmasına baxmayaraq, “Napoli” ilə müqaviləsi qüvvədə olan Sarrinin sərbəst qalması üçün klubuna 5 milyon avro ödəyəcək.

 

59 yaşlı çalışdırıcının “Çelsi” ilə üç illik sazişə imza atacağı və ilinə 6 milyon avro qazanacağı bildirilir. Sarrinin agenti isə keçiddən 3 milyon avro komissiya haqqı əldə edəcək.

 

Digər tərəfdən, Antonio Konte ilə müqaviləsi qüvvədə olan “Çelsi” onu qovacağı təqdirdə 11 milyon avro təzminat ödəməli olacaq.