Saşa Boy 1 ay yaşıl meydanlardan uzaq qalacaq
16.02.2024 - 20:59
Saşa Boy 1 ay yaşıl meydanlardan uzaq qalacaq

"Bavariya"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Saşa Boy zədələnib. Ona sol diz sümüklərinin yırtığı diaqnozu qoyulub. Futbolçunun bərpası təxminən dörd həftə çəkəcək.

Qeyd edək ki, Boy yanvarın sonunda "Qalatasaray"dan "Bavariya"ya keçib.

0