[b]Şehiçə Superliqa nəhəngindən təklif[/b]
28.06.2018 - 17:41
[b]Şehiçə Superliqa nəhəngindən təklif[/b]

“Qarabağ”la yollarını ayıran İbrahim Şehiç Türkiyə klublarının maraq dairəsində olmaqda davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, indi də “Trabzonspor” Bosniya və Herseqovina millisinin üzvü ilə maraqlanır.

 

“Bordo-mavililər” menecerlər vasitəsilə Şehiçlə ilkin danışıq aparıblar. Məlum olub ki, 29 yaşlı qolkiperin illik maaş tələbi 500 min avrodu. Onun azad agent statusuna malik olması “Trabzonspor”un ürəyincədi.

 

Qeyd edək ki, İbrahim Şehiçin adı həmçinin Türkiyənin digər klubları “Ərzurumspor” və “Çaykur Rizəspor”la birgə hallanır.