Selçuk İnan etiraz etdi: ehtiyat oyunçuları meydanı tərk etdi - VİDEO
14.03.2026 - 17:19
Türkiyə Super Liqasında XXVI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Kocaelispor” öz meydanında “Konyaspor”u qəbul edib.
Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydan sahiblərinin qapısına penalti təyin edilib. Bu qərara etiraz edən komandanın baş məşqçisi Selçuk İnan ehtiyat oyunçular skamyasında olan hər kəsi soyunub-geyinmə otağına göndərib.
Qeyd edək ki, qarşılaşma “Konyaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmin anları sizə təqdim edirik:
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0