[b]“Sevilya” futbolçusunu 40 milyona satır[/b]
03.07.2018 - 13:16
[b]“Sevilya” futbolçusunu 40 milyona satır[/b]

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Sevilya” aparıcı futbolçularından biri ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Stefan Nzonzi komandasını dəyişmək fikrinə düşüb.

 

Fransa millisinin üzvü bu barədə klub rəhbərliyini artıq məlumatlandırıb. O, qısa müddətdə yeni komandası ilə anlaşmaq niyyətində olduğundan, rəhbərlikdən transferə çıxarılmasını tələb edib. Hazırda “Arsenal” və “Yuventus”un maraq dairəsində olan 30 yaşlı orta sahə oyunçusunu ispanlar 40 milyon avroya satmağı planlaşdırır.

 

Qeyd edək ki, Stefan Nzonzi “Sevilya”ya 2015-ci ildə “Stok Siti”dən keçib.