"Sevilya" qapıçı axtarışına çıxıb
23.02.2024 - 14:36
"Sevilya" qapıçı axtarışına çıxıb

"Sevilya" qapı xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqaya elçi düşüb.

29 yaşlı qolkiper hazırda icarə əsasında Madrid “Real”ının şərəfini qoruyur. “Çelsi” yayda komandaya geri dönəcək çərçivə qoruyucusuna planlarına daxil olmadığını deyərək, özünə komanda tapmağı məsləhət görüb. Fürsətdən yararlanmağa çalışan Əndəlüs klubu ispaniyalı qolkiperin agenti ilə danışıqlara başlayab. 
İddialara görə, Kepa özü də “Sevilya”da çıxış etməyin əleyhinə deyil.

0