İngilitərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyne komandanı yayda tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü rəsmi sosial media hesabından məlumat yayıb.
Belçika millisinin üzvü komandasına və azarkeşlərinə dərin təşəkkürlərini bildirib: "Bunlar "Mançester Siti” oyunçusu kimi çıxış etdiyim son aylar olacaq. Bu barədə yazmaq heç asan deyil, lakin qərarımı ilk məndən eşitməyiniz sizin haqqınızdır. Bu 10 illik səyahət üçün şəhərə, kluba, heyətə, komanda yoldaşlarıma, dostlarıma, azarkeşlərimizə və ailəmə təşəkkür edirəm. Gəlin bu son anları birlikdə keçirək!”
35 yaşlı oyunçu “Siti”yə 2015-ci ildə “Volfsburq”dan 76 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, kapitan “şəhərlilər”in heyətində indiyə kimi meydana çıxdığı 413 rəsmi matçda 106 qol və 174 assistlə yadda qalıb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!