“Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stounz yenidən zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında açıqlama verib.
İspan mütəxəssis futbolçunun durumunun hələlik qeyri-müəyyən olduğunu bildirib:
“Stounz yenidən zədə alıb, lakin onun nə qədər müddətə sağalacağını bilmirəm”.
31 yaşlı müdafiəçi bu səbəbdən şənbə günü Premyer Liqada “Sanderlend”lə görüşü buraxıb. Sözügedən qarşılaşma “Mançester Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, İngiltərə təmsilçisi Çempionlar Liqasının altıncı turu çərçivəsində səfərdə “Real Madrid”lə üz-üzə gələcək.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza