Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ
04.06.2026 - 14:56
Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ

"Liverpul"un 2025/26 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada yarımmüdafiəçi Dominik Sobozlai layiq görülüb.

Macar futbolçu azarkeşlərin səsverməsində qalib olub.

O, səslərin 3-də 2-sini toplamağı bacarıb. Bu, orta xətt oyunçusunun ilk belə mükafatıdır. 

Qeyd edək ki, Sobozlai 53 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Bu, komandanın ən yaxşı nəticəsidir.