Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
26.07.2026 - 12:24
"Yuventus"un baş məşqçisi Luçano Spalletti Emiliano Martinezin mümkün transferi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis "Aston Villa"nın qapıçısının komandasını dəyişmək istədiyini vurğulasa da, hazırda bu mövqedə kifayət qədər seçimlərinin olduğunu bildirib.
"Emiliano Martinez bu yay komandasından ayrılmaq istəyən futbolçudur və biz də rəqabət axtarırıq. Amma hazırda heyətimizdə səviyyəli iki qapıçı var", – deyə Spalletti bildirib.
Qeyd edək ki, son vaxtlar Martinezin adı "Yuventus"a mümkün keçidlə bağlı tez-tez hallandırılır.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0