"Spartak" həbs olunmuş futbolçusuna maaş ÖDƏMİR
04.04.2024 - 22:45
"Spartak" həbs olunmuş futbolçusuna maaş ÖDƏMİR

"Spartak"ın baş direktoru Oleq Malışev bildirib ki, klub hazırda hücumçu Kvinsi Promesin maaşını ödəmir.

Apasport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

"Vəziyyətə görə onun komandada olmamasından narazıyıq. Bəzi sanksiyalar tətbiq oluna bilər. Müqavilənin şərtlərinə görə, o, komandanın heyətində deyilsə, ona ödəniş olunmur".

Qeyd edək ki, futbolçu Niderland prokurorluğunun tələbi ilə martın ortalarında Dubayda həbs edilib və hazırda BƏƏ-də həbsdədir. Fevral ayında Amsterdam məhkəməsi futbolçunu narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib və altı il müddətinə azadlıqdan məhrum edib.

0