“France Football” nəşri futbol tarixinin ən yaxşıları ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, hər mövqe üçün ən yaxşılar müəyyənləşib və 3-4-3 taktiki sxeminə uyğun rəmzi “11-lik” qurulub.
Qaliblər “Qızıl top” mükafatının səsverməsində iştirak edən müxtəlif ölkələrin 140 nəfər jurnalistindən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qapıçı: Lev Yaşin
Mərkəz müdafiəçisi: Frans Bekkenbauer
Sol cinah müdafiəçisi: Paolo Maldini
Sağ cinah müdafiəçisi: Kafu
Müdafiəyəmeyilli yarımmüdafiəçilər: Lotar Matteus, Xavi Ernandes
Hücumameyilli yarımmüdafiəçilər: Dieqo Maradona, Pele
Sol cinah hücumçusu - Kriştianu Ronaldo
Sağ cinah hücumçusu – Lionel Messi
Mərkəz hücumçusu - Ronaldo
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”