Əsrin sülhsevəri – Azərbaycanda
16.01.2022 - 10:12
Əsrin sülhsevəri – Azərbaycanda

XXI əsrdə Azərbaycan Premyer Liqasında ən çox heç-heçə edən klublar müəyyənləşib.

Apasport.az saytının hesablamalarına görə, 2001-ci ilin yanvarın 1-dən indiyədək ən çox bərabərliyə imza atan komanda “Keşlə”dir.

Premyer Liqamızın sülhsevəri 153 matçda 1 xal qazanıb. “Neftçi”nin ikinci olduğu siyahıda “Qarabağ” üçüncüdür. Bu iki komanda arasında fərq vahidə bərabərdir.

Ümumilikdə 6 klub 100-dən çox heç-heçə edib. “Bakı” isə 99 dəfə bərabərliklə kifayətlənib.

1. “Keşlə” - 153
2. “Neftçi” - 135
3. “Qarabağ” - 134
4. “Qəbələ” - 123
5. AZAL -    104
6. “Xəzər Lənkəran”    - 103
7. “Bakı” - 99
8. “Sumqayıt” - 83
9. “Simurq” -    80
10. “Kəpəz” - 71
11. “Turan” - 68