Suaresə “Qızıl top” verildi
08.12.2023 - 14:08
Suaresə “Qızıl top” verildi

Luis Suares ən yaxşı oyunçu adına layiq görülüb.

Apasport.az xəbər verir ki, “Qremio”nun 36 yaşlı hücumçusu Braziliya çempionatının ən dəyərli oyunçusu kimi “Qızıl top” mükafatını qazanıb.

Mükafat turnirin sonunda təşkil olunan xüsusi mərasimdə təqdim olunub. 68 xalla çempionatı 2-ci sırada tamamlayan “Qremio” çempion “Palmeyras”dan iki xal geri qalıb.

Qeyd edək ki, komandanın heyətində başa çatan mövsümdə 33 matça çıxan Uruqvay millisinin üzvü 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

0