Suarez milli ilə vidalaşdı, göz yaşlarını saxlaya bilmədi
07.09.2024 - 13:33
Dünyaca məşhur hücumçu Luis Suarez milli karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu sonuncu dəfə Paraqvayla matçda Uruqvay Millisinin formasını geyinib.
Uruqvay millisinin futbolçusu Luis 2026-cı il Cənubi Amerika FİFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində Paraqvayla matçdan sonra təşkil edilən mərasimdə yığma ilə vidalaşıb. Milli futbolçu vida zamanı göz yaşlarını saxlaya bilməyib.
Suarez Uruqvay Milli Komandası ilə 142 oyun keçirib. Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 69 qol vurmağı bacarıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0