Suarezin “İnter Mayami”dəki gələcəyinə aydınlıq gəlib
17.12.2025 - 21:48
“İnter Mayami” klubu hücumçusu Luis Suareslə bağlı yekun qərarını verib.
Apasport.az xəbər verir ki, uruqvaylı forvard yaxın günlərdə MLS təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
38 yaşlı futbolçu klub tarixində ilk dəfə MLS çempionu olan “İnter Mayami”də çıxışını davam etdirməyə razılıq verib.
Qeyd edək ki, Suaresin mövcud müqaviləsinin müddəti bu ilin 31 dekabrında başa çatır.
Təcrübəli hücumçu cari mövsümdə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 14 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0