“Sumqayıt”da yeni məşqçi
22.06.2018 - 18:02
“Sumqayıt”da yeni məşqçi

2018/2019 mövsümündə əsas komandaya rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.


37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva MOİK-nin Futbol Akademiyasında çalışıb. Babayev həmçinin 2008-2011 U-15 və U-17 yığmalarımızda da işləyib.