“Borussiya Mönhenqladbax” baş məşqçi vəzifəsinə Domeniko Tedeskonu gətirməyə yaxındır.
Apasport.az xəbər verir ki, Almaniya klubu ilə italiyalı mütəxəssis arasında danışıqlar yekun mərhələyə çatıb və tərəflərin anlaşması gözlənilir.
Tedesko bir neçə gün əvvəl “Bolonya”dan ayrılıb. 41 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya klubu A Seriyasında keçirdiyi 4 oyunda 1 heç-heçə edib, 3 məğlubiyyət alıb. Bu nəticələrdən sonra “Bolonya” rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Domeniko daha əvvəl “Şalke”, “Spartak Moskva”, “Leypsiq”, Belçika millisi və “Fənərbaxça”nı çalışdırıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi