Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu
03.07.2026 - 15:18
Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını “Ayaks”da davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, Amsterdam klubu almaniyalı qolkiperin icarəsi ilə bağlı Kataloniya təmsilçisi ilə razılığa gəlib.

“Ayaks” 34 yaşlı qapıçı ilə də şəxsi şərtləri razılaşdırıb. İcarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir.