Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
04.03.2025 - 11:38
173
Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb

Ötən ilin sonunda Fatih Terimin çalışdırmağa başladığı "Əş-Şəbab"ın futbolçuları üsyan bayrağı qaldırıb.

Apasport.az xəbər verir ki, Terimin yetirmələri 3 aydır maaşlarını ala bilmədiklərinə görə rəhbərliyə qarşı iddia qaldırıblar.

Yerli mətbuatda yayılan məlumata görə, komandada böyük böhran yaşanır və prezident Mohamad Almunajemin jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırır. 

Digər tərəfdən, prezidentin siyasətindən razı olmayan idarə heyətinin bəzi üzvlərinin istefa ərizəsi verdiyi bildirilib.

Qeyd edək ki, “Əl-Şəbab” 23 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 39 xalla 6-cı pillədədir.