Tomas Tuxel İngiltərə millisində
15.10.2024 - 22:58
Tomas Tuxel İngiltərə millisində

İngiltərə yığmasının yeni çalışdırıcısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, milliyə Tomas Tuxel rəhbərlik edəcək.

Almaniyalı mütəxəssislə İngiltərə Futbol Assosiasiyası arasındakı danışıqlar müsbət yekunlaşıb. Gələn həftə o, ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, 51 yaşlı məşqçi PSJ, "Çelsi" və "Bavariya" kimi klublarda fəaliyyət göstərib.

0