"Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib
25.06.2025 - 08:54
"Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib

“Torino” “Fiorentina”nın müdafiəçisi Kristiano Biraqini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü “Torino”nun heyətində icarə əsasında keçirən futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Biraqi 2017-ci ildən “Fiorentina”da çıxış edirdi. O, “İnter”, “Yuve Stabiya”, “Kataniya”, “Çittadella”, “Kyevo”, “Qranada”, “Peskara” kimi klubların da şərəfini qoruyub.