"Tottenhem"dən "Kristal Pelas"a rəsmi təklif
18.08.2025 - 16:44

İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" "Kristal Pelas"ın oyunçusu Ebereçi Ezeyə rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, futbolçu üçün təklif olunan məbləğ bonuslarla birgə 60 milyon avro dəyərindədir.
27 yaşlı hücumçunun özü də London təmsilçisində oynamağa müsbət yanaşır.
Danışıqlar davam etsə də, hələ ki, razılıq əldə olunmayıb.
Qeyd edək ki, Eze ötən mövsüm "Kristal Pelas" forması ilə çıxdığı 43 matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0