“Tottenhem” ukraynalı futbolçu ilə maraqlanır
17.04.2024 - 11:16
“Tottenhem” ukraynalı futbolçu ilə maraqlanır

“Tottenhem” yeni transfer dönəmində heyətini gücləndirmək istəyir.

Apasport.az “Transfer News Live” nəşrinə istinadla xəbər verir ki, “Spurs” “Şaxtyor”un yarımmüdafiəçisi Georgiy Sudakovla maraqlanır. 

Eyni zamanda, 21 yaşlı Sudakovun transferinin baha başa gələcəyi qeyd olunur - “Şaxtyor” öz yetirməsi üçün ən azı 70 milyon avro almaq istəyir.

Qeyd edək ki, futbolçu bu mövsüm bütün turnirlərdə 28 matça çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. 

0