"Tottenhem"dən qovulmuşdu - İTALİYA MİLLİSİNƏ RƏHBƏRLİK EDƏ BİLƏR
02.04.2026 - 10:35
Bir müddət əvvəl “Tottenhem”dən qovulan İqor Tudor İtaliya millisinin baş məşqçisi ola bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Dikazzo məlumat yayıb.
Mənbənin iddiasına görə, İtaliya Futbol Federasiyası dünya çempionatına vəsiqə qazana bilməyən Cennaro Qattuzo ilə yayda başa çatacaq müqaviləni yeniləməyəcək. Qurum bu posta xorvatiyalı mütəxəssisi gətirməyi planlaşdırır.
Qeyd edək ki, İqor Tudor karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Yuventus” kimi komandaların baş məşqçisi olub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0