[b]"Tottenhem"in futbolçusu "Mançester Yunayted"ə keçə bilər[/b]
27.06.2018 - 14:15
[b]"Tottenhem"in futbolçusu "Mançester Yunayted"ə keçə bilər[/b]

“Tottenhem”in yarımmüdafiəçisi Son Xın Min iş yerini dəyişə bilər. Apasport.az saytının “Sport1”ə istinadən məlumatına görə, Cənubi Koreya millisinin üzvü daha prestijli klubda oynamaq istəyir.

 

“Mançester Yunayted”in Son Xın Min uğrunda mübarizədə əsas favorit olduğu bildirilir. 25 yaşlı orta sahə oyunçusu “Arsenal” və “Liverpul”un da maraq dairəsində olmasına baxmayaraq, “topçular”la “Tottenhem” arasındakı münasibətlərin qaydasında olmaması, Mersisayd təmsilçisinin isə fikrini konkretləşdirməməsi “qırmızı şeytanlar”ın yolunu açır.

 

“Tottenhem”in Son Xın Minin qarşılığında minimum 70 milyon avro tələb etdiyi bildirilir.