“Tottenhem”in sabiq futbolçusu “Lill”də
28.08.2023 - 17:18
“Tottenhem”in sabiq futbolçusu “Lill”də

“Tottenhem”in sabiq futbolçusu Nabil Bentaleb özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Lill”ə keçib.

28 yaşlı əlcəzairli “Anje”dən transfer olunub. O, 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, Bentaleb “Şalke” və “Nyukasl”ın da formasını geyinib.
 

0