“Trabzonspor” ukraynalı futbolçu ilə razılığa gəldi
10.06.2024 - 14:57
“Trabzonspor” ukraynalı futbolçu ilə razılığa gəldi

Roman Yaremçukun “Trabzonspor”a keçidinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi təxminən 3 milyon avro qarşılığında “Brügge”ni razı salıb.

Ancaq ukraynalı ulduzun AVRO-2024-dən sonra imza atmaq istədiyi, “Trabzonspor”un isə prosesi uzatmadan ilkin protokol tərtib etməyi hədəflədiyi bildirilib.

Klublar razılaşsa, Roman Yaremçuk yeni klubu ilə müqavilə imzalamaq üçün Türkiyəyə dəvət olunacaq.

Cari mövsüm icarə əsasında “Valensiya”da çıxış edən Yaremçuk İspaniya klubunun heyətində 4 qol vurub.

0