"Trabzonspor"dan Birləşmiş Ərəb Əmirliklərinə
10.06.2025 - 15:56
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” komandası “Trabzonspor”dan Pedro Malheironu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl-Vasl" 24 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb.
Malheiro bu mövsüm Qara dəniz təmsilçisinin heyətində 43 matça çıxıb, 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Trabzonspor” futbolçunu mövsümün əvvəlində Portuqaliyanın “Boavişta” komandasından 2 milyon avroya almışdı.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0