"Trabzonspor"un keçmiş futbolçusu vəfat etdi
15.06.2024 - 15:54
"Trabzonspor"un keçmiş futbolçusu vəfat etdi

Keçmiş ingilis hücumçu Kevin Kempbel 54 yaşında dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, Kempbelin 2 həftə əvvəl ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib, lakin xəstəliyi ilə bağlı məlumat verilməyib.

“Arsenal”la liqa çempionluğunu qazanan keçmiş futbolçu son illərində də şərhçi kimi fəaliyyət göstərirdi.

Kevin Kempbell  karyerasında “Arsenal”, “Leyton Orient”, “Lester Siti”, “Nottingem Forest”, “Trabzonspor”, “Everton”, “Vest Bromviç” və “Kardiff” klublarında çıxış edib.

0