[b]Trezeqe “Qalatasaray”da[/b]
26.06.2018 - 14:07
[b]Trezeqe “Qalatasaray”da[/b]

“Qalatasaray” Misir yığmasının futbolçusu Trezeqe ilə anlaşıb. Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 24 yaşlı yarımmüdafiəçi yeni mövsümdən İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

 

Onun bu günlərdə “Qalatasaray”la 4 illik rəsmi müqaviləyə imza atacağı bildirilir. Trezeqenin bu müddətdə qazancı 10 milyon avro olacaq. “Sarı-qırmızılar” misirlinin məxsus olduğu “Kasımpaşa”ya isə 5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Trezeqe ötən mövsüm “Kasımpaşa”nın heyətində 33 görüşə çıxıb. Super Liqada 16 qol vuran futbolçu 8 məhsuldar ötürmə də verib.